Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)
Hər şeyi unudaraq ruhən və cismən Allaha müti olmaq dinin qanuni tələblərindən biri hesab olunur. Bu kitabda namazda müti olmağın əsaslarından bəhs edilir.
Müsəlman bacı və qardaşlarım! Hər bir müsəlmana Allahın adları və sifətləri barəsində düzgün etiqad sahibi olması olduqca zəruridir. Çünku burada Allahın gözəl adları və sifətlərindən söz gedir. Elə müsəlmanlar var ki, bu mövzuda batil etiqadlara uyaraq Allah barəsində pis zənnə qapılırlar. Sizə təqdim edilən "Vasitiyyə Əqidəsi" bu mövzuda yazılıan ən mühim əsərlərdən birisidir. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm. İlahiyyatçı: Yaşar Qurbanov
-
Author: Ramil Soltanov
Allahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.
Author: Yaşar Qurbanov
Kitabda tövbə etmək istəyənlər, amma bunda çətinlik çəkənlər haqqında söz açılır. Kitabda həmçinin günahlardan tövbə etmək istəyənlərə çıxış yolları göstərilir.
Translators: Yaşar Qurbanov